Bakıda Qlobal Gənc Liderlər Forumu başlayıb
"Bu cür beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi konkret məqsədlərə xidmət etməlidir"
APA TV-nin məlmatına görə, bu fikirləri bu gün öz işinə başlayan Qlobal Gənc Liderlər Forumunda çıxışı zamanı Latviyanın sabiq prezidenti Valdis Zatlers bildirib.
O deyib ki, getdikcə daha da mürəkkəbləşən dünyada baş verən bütün proseslər dialoqun vacibliyini önə çıxarır: "İnsanlar düşünür ki, dünya çox sadə bir şeydir. Lakin, zaman keçdikcə dünyanın daha mürəkkəb olduğunu anlamaq olar. Bir jurnalist məndən soruşdu ki, cənab prezident, siz hansı qanada mənsub olmaq istərdiz? Mən dedim ki, heç birinə. Çünki siz bir şəxsiyyətin keçdiyi yolunun təkrar edə bilməzsiniz. Çünki tarixdə situasiyalar fərqlidir. O tarixdir, keçmişdir".
Forum çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Serageldinin də məruzəsi dinlənilib. O bu gün dünya əhalisinin zəngin təbəqəsi ilə yoxsullar arasında bərabərsizliyin mövcudluğunu önə çəkib: "Dünyada belə bir hissiyyat var ki, getdikcə yoxsulların sayı artacaq, bu da ətraf mühitə ayrılan vəsaitin həcmində öz təsirini göstərəcək. Bütün bunlar isə bərabərsizliyin davam etdirilməsi anlamına gəlir. Bu gün dünyada enerji resursları getdikcə azalır. Bu amil də atmosfer çirklənməsinin qarşısının alınmasına gətirib çıxarır".
İsmayıl Serageldin həmçinin bu forumun gənc liderlər arasında qarşılıqlı etimad və dostluğu daha da möhkəmləndirəcəyini deyib. Forumda həmçinin Ukraynanın sabiq birinci xanımı Yekaterina Yuşenkonun da çıxışı olub. O bildirib ki, bu gün dünya ictimaiyyətinin, siyasi liderlərin qarşısında duran əsas vəzifə mövcud qlobal təzadlara qarşı mübarizənin aparılmasıdır: "Ümid edirik ki, üzləşdiyimiz problemlərin həlli yollarını tapacayıq. Bu gün biz dünyada demokratiya xəyaldı deyən qüvvələrlə savaşırıq. Bundan əlavə, hesab edirəm ki bu gün dünyaya sağlamlıq sahəsində də öz töhfəmizi verə bilərik. Bütün bunlar bizi daha da səmərəli işləməyə ruhlandıran amillərdir. Qloballaşan dünyada bu gün önə çıxan aspektlər özləri ilə həlli təxirəsalınmaz olan problemlər gətirir. Bizim də əsas məqsədimiz bu cür görüşlər kontekstində həmin problemlərin aradan qaldırılması ilə bağlı fikirlərimizi bölüşməkdir".
Qeyd edək ki, Bakı Qlobal Gənc Liderlər Forumu öz işini 24 avqust tarixinədək davam etdirəcək.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV