Bolqarıstanın keçmiş prezidenti: "Qarabağ problemi bəşəri faciədir"
"Bakı kifayət qədər tolerant, demokratik bir şəhərdir. Paytaxtınız müxtəlif ölkələrdəki gənclərin gəzib öyrənməsi üçün əlverişli məkandır".
APA TV-nin məlmatına görə, bu fikirləri Bolqarıstanın sabiq prezidenti Pyotr Stoyanov jurnalistlərə açıqlamasında bildirib: "Bu forumun keçirilməsini yüksək qiymətləndirirəm. Çox gözəl bir ideyadır. İkinci, məni əsas spikerlərdən biri olaraq foruma dəvət etdikləri üçün təşəkkür edirəm. Əlimizdə olan imkanlar, habelə müdrikliyimizlə malik olduğumuz potensialı öyrənmək, təhlil etmək üçün bu cür forumlar çox yaxşı fürsətdir. Bakı - sizin şəhəriniz gənclərin dəvəti üçün çox gözəl bir məkandır. Çünki çox tolerant, demokratik bir şəhərdir".
P. Stoyanov həmçinin Dağlıq Qarabağ problemi barəsində də fikirlərini bölüşüb: "Dağlıq Qarabağ problemi ilə çoxdan tanışam, qaçqınların üzləşdiyi vəziyyəti də çox yaxşı bilirəm. Bu, həqiqətən də bəşəri bir faciədir. Lakin mən əminəm ki, bu problemin həlli məhz gənclərin əlindədir. Biz burada hər kəsin bir-biri ilə tolerant olması barədə danışdıq. Hesab edirəm ki, tolerantlıq bu problemin həllinin başlıca açarıdır".
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV