Latviyanın eks-prezidenti: "Ermənistanla qonşuluq uğursuz faktdır"

"Dağlıq Qarabağ münaqişəsi tarixin ən böyük ləkəsidir".

 

Bu fikirləri APA TV-yə eksklüziv açıqlamasında Latviyanın sabiq prezidenti Valdis Zatlers səsləndirib. O, problemin həlli prosesində tolerant yanaşmanın önəmini vurğulayıb: "Bu günədək münaqişənin həlli üçün atılan bütün addımlar uğursuz olub. Təəssüf hissi ilə deməliyəm ki, Azərbaycanla Ermənistanın qonşuluğu uğursuz bir faktdır. Buna görə də problemin həlli üçün yeni yollar tapılmalıdır. Nədir bu yollar? sualı isə olduqca çətindir. Buna hər iki ölkənin gəncləri cəlb olunmalıdır. ABŞ-ın sabiq prezidenti Barak Obamanın bir neçə gün əvvəl dediyi kimi, heç kim səhvsiz dünyaya gəlmir. Səhvlər isə insanlar tərəfindən atılan yanlış addımlardan yaranır. Biz addımlarımızda çox diqqətli olmalıyıq. Əgər bir-birimizə qarşı nəzakətli olsaq, problemlər öz-özünə həll olunacaq".

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR