Şirvanda bankomatdan pul çıxaran təqaüdçüləri aldadan şəxs saxlandı

Şirvanda bankomatlardan  pul çəkən təqaüdçüləri aldadan 27 yaşlı gənc saxlanılıb.

APATV-nin Mil-Muğan bürosunun məlumatına görə, o, təqaüd alan sakinlərin etibarından sui-istifadə edərək, onlara məxsus 120 manat və 222 manat təqaüdü mənimsəyib.

Vətəndaşların müraciəti əsasında Şirvan Polis Şöbəsinin  keçirdiyi istintaq əməliyyat tədbirləri nəticəsində, həmin şəxsin əvvəllər məhkum olunmuş Şirvan sakini, 1990-cı il təvəllüdlü Nəcəfov Füzuli Elsevər oğlu olduğu müəyyən edilib. F. Nəcəfov bankomatlarda ahıl vətəndaşlara "kömək göstərmək" adı ilə onların plastik kartlarında olan təqaüdü ələ keçirməklə dələduzluq hərəkətləri edib. Adı çəkilən şəxs barəsində Şirvan şəhər məhkəməsi tərəfindən 3 aylıq həbs-qəti imkan tədbiri seçilib.
 

Faktla bağlı Şirvan polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.


Müstəntiq Əhməd Baloğlanovun sözlərinə görə, Nəcəfov Füzuli Elsevər oğlu Şirvan şəhər sakinlərinin etibarından sui-istifadə edib: "İstintaqla müəyyən edilib ki, Nəcəfov Füzuli Elsevər oğlu Şirvan şəhər sakinlərinin etibarından sui-istifadə edərək, onlara məxsus plastik bank kartlarını ələ keçirərək ümumilikdə 342 manat pulu dələduzluq yolu ilə ələ keçirərək cinayət əməli törədib. F. Nəcəfov barəsində məhkəmənin qərarı ilə Cinayət Məcəlləsinin 178.2.2 maddəsi ilə barəsində həbs-qəti imkan tədbiri seçilib". 

F. Nəcəfovun hərəkətlərindən zərər çəkən şəxslərdən  Şirvan polis şöbəsinə 021 215-14-50 nömrəsinə müraciət etmələri xahiş olunur. 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı

OXŞAR XƏBƏRLƏR