Qətər Səudiyyənin pulsuz Həcc təklifini rədd etdi

Qətər Səudiyyə Ərəbistanına məxsus təyyarələrini hava məkanına buraxmayıb. APA TV-nin "Sky News Arabia" telekanalına istinadən məlumatına görə, bu davranışla Doha Səudiyyənin qətərli zəvvarları həcc ziyarətinə pulsuz daşımaq təklifindən imtina edib.

Xatırladaq ki, kral Salman ben-Abdel Aziz Əl Səud avqustun 16-da Qətərə xüsusi aviareyslərin təşkil edilməsi barədə göstəriş verib. O, bu il qətərli zəvvarların həcc ziyarətinin daşınmasının xərcini üzərinə götürdüyünü bildirib.

Kral bununla yanaşı iki ölkə sərhədində yeni sərhəd-keçid məntəqəsinin yaradılması barədə göstəriş verib.

Bu arada, artıq 100-dən artıq  qətərli zəvvarın Səudiyyə sərhədini keçdiyi deyilir. Onlar Məkkə və Mədinə şəhərlərinə gediblər.

 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR