Rütubətli hava narahatlıq yaradacaq - SİNOPTİKLƏRDƏN XƏBƏRDARLIQ
Sabah Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Sinoptiklərin məlumatına görə, Abşeron yarımadasında havanın temperaturunun gecə 23-25 dərəcə isti, gündüz 34-36 dərəcə isti, Bakıda gecə 22-24 dərəcə isti, gündüz 31-36 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı, 757 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 60-70%, gündüz 35-45% olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26 dərəcə, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27 dərəcə, Türkan,
Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza əsasən, avqustun 24-dək Abşeron yarımadasında gözlənilən sabit hava şəraiti müsbət amil olsa da, bəzi saatlarda durğun və nisbətən rütubətli hava şəraiti meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 19-24 dərəcə, gündüz 34-39 dərəcə isti, dağlarda gecə 13-18 dərəcə, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV