Ağdamda su üstündə dava - HƏMKƏNDLİSİNİ "LAPATKA" İLƏ DÖYDÜ
Ağdam sakini, 57 yaşlı həmkəndlisini lapatka ilə vuraraq xəstəxanalıq edib. APA TV-nin Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Gülbaharlı kəndində baş verib.
Kənd sakini Ramil Quluyev, Xanlar Cəfərovla su növbəsində yaranan münaqişə zəminində ona bellə iki zərbə endirib. Nəticədə Xanlar Cəfərov kəllə-beyin travması ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib: "Su üstündə olub. Suyu yarımçıq kəsmişdi. Dedim 50-60 metr yer qalıb, 2 saat vaxt lazımdır. Qoyaydın qurtaraydım, sonra kəsəydin. Bəs mən sənin suyunu belə kəssəm xoşuna gələr? Aramızda münaqişə yarandı, o da üstümə yeriyib başıma "lapatka" ilə iki dəfə vurdu. Huşumu elə ordaca itirmişəm. Xəstəxanaya gətiriləndən sonra özümə gəlmişəm".
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində cinayət işi açılıb.
.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV