Tovuzda "Mercedes" "MAN"la toqquşdu, sürücü öldü
Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, yolun Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisindən keçən hissəsində “Mercedes” markalı minik və “MAN” markalı yük avtomobilləri toqquşub. Nəticədə “Mercedes”in sürücüsü hadisə yerində ölüb. Avtomobildə olan sərnişin, 1995-ci il il təvəllüdlü Oksana Romanova isə yüngül xəsarət alıb. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən xilasediciləri hadisə yerinə cəlb olunaraq, minik avtomobilində sıxılmış vəziyyətdə qalmış, 1958-ci il təvəllüdlü Kərimov Rafiq Baratəli oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:31
236
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
243
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
984
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
944
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1284
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
801