Qanunsuz taksi idarə edənlər saxlanıldı - REYD
İsmayıllı rayon Polis Şöbəsinin Yol Polisi Bölməsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları tərəfindən "Təmiz hava" aylığı çərçivəsində İsmayıllı şəhərinin küçələrində, İsmayıllı-İvanovka yolunda reyd keçirilib. APA TV-nin yerli bürosunun məlumatına görə, reydin keçirilməsində əsas məqsəd avtomaşınlardan havaya buraxılan artıq dəm qazını aşkar etmək olub.
Reyd zamanı bəzi sürücülərin avtomobilləri nasaz vəziyyətdə və qanunsuz idarə etdiyi aşkarlanıb.
Həmin sürücülər saxlanılaraq barələrində müvafiq qaydalara uyğun olaraq cərimələr tətbiq edilib. Reyd zamanı 31 nəqliyyat vasitəsi saxlanılıb, onlardan 16-nın sürücüsü idarə etdiyi avtomobilin havaya normadan artıq dəm qazı buraxmaqla atmosferi həddən artıq çirkləndirməsinə görə inzibati qaydada məsuliyyətə cəlb olunub.
Yoxlamalar zamanı taksi fəaliyyəti ilə qeyri-qanuni məşğul olan, sürücülük vəsiqəsi olmadan texniki cəhətdən nasaz vəziyyətdə idarə olunan nəqliyyat vasitələri saxlanılaraq həmin sürücülər cərimə olunub.
İsmayıllı rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin rəisi Ənvər Əliyev APA TV-yə bildirib ki, reydlərin avqustun sonunadək davam etdirilməsi nəzərdə tutulur.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV