Ağdamda piyada vurulub - VƏZİYYƏTİ AĞIRDIR

Ağdamda avtomobil piyadanı vurub. APA TV-nin Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.

Rayon sakini Ələkbər Nəcəfov idarə etdiyi 02 BK 156 dövlət nömrə nişanlı  "VAZ 21 07" markalı minik maşını ilə  32 yaşlı Mehdiyev Elnur İsa oğlunu vurub. Yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlər Elnur Mehdiyevin vəziyyətinin  orta ağır olduğunu bildirib.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR