Yardımlıya narkotik almağa gəldi, ortağı ilə tutuldu

Yardımlıda əvvəllər də eyni əmələ görə məhkumluq həyatı  yaşayan Ağcabədi sakinindən küllü miqdarda narkotik götürülüb.

APA TV-nin Cənub bürosunun verdiyi məlumata görə, Yardımlı polisinin rayonun Zevin kəndi ərazisində keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə  dövriyyədən çıxarılıb. Yardımlı rayon Məlikli kənd sakini Seymur İbayevin köməkliyi ilə Ağcabədi rayon Hindarx kənd sakini  34 yaşlı  Sabit Babayev Yardımlıya narkotik almaq üçün gəlib. Polisin keçirdiyi əməliyyat zamanı onun üzərindən 1 kq 870 qram  tiryək aşkar olunaraq götürülüb.

Polis bu narkotik vasitəni  onların kimdən aldığını və ya necə əldə etdiklərini araşdırır: "İstintaq zamanı müəyyən edilib ki, Sabit Babayevə həmən narkotik vasitəni əldə etməkdə Yardımlı rayon Məlikli kənd sakini İsayev Seymur Teymur oğlu İbayev köməklik edib. Hər iki şəxs tərəfimizdən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Yardımlı rayon Məhkəməsinin qərarı ilə barələrində həbs qəti imkan tədbiri seçilmişdir".

Faktla bağlı araşdırmalar aparılır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR