Rusiyada azərbaycanlı gənc dünya çempionunu davada öldürdü - VİDEO
Pauerliftinq üzrə Avropa və dünya çempionu Andrey Draçevi öldürən azərbaycanlı Anar Allahverənov axtarışa verilib. APA TV-nin məlumatına görə, hadisə Xabarovsk şəhərindəki "Qalereya" kafesində, yerli vaxtla səhər saat 07.00 radələrində qeydə alınıb. Şahidlərin sözlərinə görə, Andrey Draçev və Anar Allahverənov təkbətək döyüş növlərinin, yoxsa fitnes zallarda idmanla məşğul olmağın üstünlüyü barədə mübahisə ediblər. Mübahisə davaya çevrilib, dünya çempionu azərbaycanlıya mübahisəni rinqdə davam etdirməyi təklif edib, Anar Allahverənov isə söhbəti küçədə davam etdirməyə çağırıb. Küçəyə çıxan tərəflər arasında davam düşüb, azərbaycanlı daha çevik tərpənərək Draçevə ağır zərbələr endirib.
Xəsarət alan Draçev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Dünya çempionunu öldürən azərbaycanlının axtarışı davam edir. Polis orqanları Anar Allahverənovun qardaşının analoji cinayətə görə hazırda həbsdə yatdığını bildirir.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV