Rusiyadan gətirdikləri qadınlarla qəzaya düşdülər: MAŞIN AŞDI, ÖLƏNLƏR VAR

Lerikdə baş verən ağır qəzada  iki nəfər ölüb, iki nəfər yaralıb.

 

APA TV-nin Cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran-Lerik  yolunun 24-cü km-də qeydə alınıb. "Toyota Land Cruiser" markalı minik avtomobili idarəetmədən çıxaraq, dərəyə aşıb.

Nəticədə avtomobilin sürücüsü, Lənkəran rayonu Diryan kənd sakini, 35 yaşlı  Rahim  Fərzullayev  və sərnişini Rusiya vətəndaşı 38  yaşlı  Yelena Anatolyevna Qolba hadisə yerində ölüb. 

Avtomobildə olan daha iki nəfər müxtəlif dərəcəli bədən xəsarəti alaraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.  Xəsarət alanlar Lənkəran rayonu Diryan kənd sakini, 49-yaşlı Tağı Tağızadə,  digəri isə  Rusiya vətəndaşı 37 yaşlı  İrina Yuriyevna Suvorovadır. Onların vəziyyətinin qənaətbəxş olduğu deyilir.

Qeyd edək ki, hadisəyə səbəb sərt döngədə sürücünün idarəetməni itirməsi göstərilir.

Faktla bağlı araşdırma aparılır. 

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR