Gəncədə bıçaqlanan sürücü xəstəxanaya gedəndə maşını aşırdı - FİLM KİMİ CİNAYƏT
Gəncənin Məhsəti qəsəbəsində bıçaqlanma hadisəsi qeydə alınıb. APA TV-nin məlumatına görə, qəsəbə sakini, 1975-ci il təvəllüdlü Sabir Məmmədov ilə qonşusu Azər Ələsgərov arasında münaqişə baş verib. Münaqişəyə Sabir Məmmədovun bacısı oğlu Ramil Rəhimov da müdaxilə edib. Münaqişə zamanı Sabir Məmmədov qarın nahiyəsində ağır bıçaq yarası, Ramil Rəhimov və Azər Ələsgərov isə müxtəlif bədən xəsarətləri alıblar. Bıçaq yarası alan Sabir Məmmədov özünə məxsus "Honda" markalı maşına minərək xəstəxanaya getmək istəyib. Yolda qan itirən sürücünün halı pisləşib və o Nizami küçəsində idarəetməni itirərək maşını aşırıb. Qəza zamanı sürücünün maşında olan bacısı Mehriban Məmmədova müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyəti kafi qiymətləndirilir. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV