Türkmən şəhəri Telaferin İŞİD-dən azad edilməsi əməliyyatı başladı

İraq ordusu Telafer şəhərinin İŞİD terrorçularından təmizlənməsi əməliyyatına başlayıb.

 

APA TV-nin məlumatına görə, İraqın baş naziri Haydar əl-İbadi bəyan edib ki, terrorçulara təslim olmaqla ölüm arasında seçim etmək şansı verilir.

 

İbadi, əməliyyatda İraq hərbçiləri, antiterror birlikləri, federal polis qüvvələri və Haşdi Şabinin yer alacağını bildirib. Ümumilikdə Telafer əməliyyatına 40 min nəfərlik silahlı qüvvə cəlb olunub.

 

Qeyd edək ki, türkmən şəhəri olan Telafer 2014-cü ildə İŞİD-in nəzarətinə keçib. İraqda İŞİD terrorçularının nəzarətində olan son böyük şəhərdir olan Telafer Mosulla Suriya sərhədi arasında strateji mövqedə yerləşir. Şəhərin əsas əhalisi türkmənlərdir.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR