Müəllimlərin diaqnostik qiymətləndirilməsi başa çatıb
Azərbaycanın təhsil müəssisələrində çalışan, müəllim olmayan, lakin pedaqoji fəaliyyətlə məşğul olan kadrların - direktor, direktor müavinləri, yerli təhsili idarəetmə orqanlarında çalışan metodist və dövlət qulluqçularının biliklərinin diaqnostik qiymətləndirilməsi aparılır. APA TV-nin məlumatına görə, qiymətləndirmədə 9 minə yaxın namizəd iştirak edir. Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov 2017-ci ildə Azərbaycanda çalışan bütün müəllimlərin diaqnostik qiymətləndirilməsi başa çatıb: "Tədris ilinin sonunda zərurət yaranıb ki, məktəbdə tədris aparan metodist, dövlət qulluqçusu, direktor, direktor müavinlərinin biliklərinin qiymətləndirilməsi aparılsın. Yalnız nəticələrdən sonra hansı tədbirlərin görüləcəyi məlum olacaq. Görsək ki, bizim rəhbər işçilərin tədris aparmaq bacarıqları elə də qənaətbəxş deyil, həmin adamlar dərs demə hüququndan məhrum edilə bilərlər. Amma yüksək nəticə göstərən müəllimlər pedaqoji fəaliyyətini davam etdirə bilər. Bununla bağlı qərar imtahanlar tam başa çatdıqdan və təhlillər aparıldıqdan sonra qəbul ediləcək".
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün 50 minə yaxın namizəd müraciət etdiyini bildirib. Onlardan 40 minə yaxını test imtahanı mərhələsində iştirak edib. 6 minə yaxın müəllim növbəti müsahibə mərhələsinə keçid hüququ əldə edib. Həmin namizədlər üçün avqustun 21-dən etibarən müsahibə mərhələsi təşkil olunacaq: "Müsahibə mərhələsində namizədlərin peşəkar bilikləri yoxlanılacaq, açıq dərs formatında onlara təqdim olunmuş mövzular üzrə dərs aparacaq. Komissiya meyarlar üzrə qiymətləndirmə aparacaq və yekun qərar qəbul ediləcək. Bütün müsahibələr başa çatandan sonra əmr layihəsi hazırlanacaq və nəticələr elan olunacaq. Nəticə müəllim adını qazanan namizədlərin şəxsi səhifəsinə və əmr layihəsi yerli təhsili idarəetmə orqanların göndəriləcək. İmtahan gələ bilməyən və ya müsabiqə şərtlərini ödəyə bilməyən namizədlər üçün əlavə test imtahanı və müsahibə mərhələsinin keçirilməsi nəzərdə tutulmayıb".
Qeyd edək ki, müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yeri tutmaq üçün kifayət etmədiyinə görə müsahibə mərhələsinə keçmək hüququ qazanmayan namizədlər sentyabrın əvvəllərində keçiriləcək növbəti yerləşdirmədə iştirak edə biləcəklər
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV