Tovuzda kəl bir qadını öldürüb, digərini ağır yaralayıb

Tovuz rayonunun Sarıtala kəndində bədbəxt hadisə baş verib. Kənddə camış fermasında çalışan 1968-ci il təvəllüdlü Məryəm Paşayevaya kəl hücum edib. Bu zaman Məryəm Paşayevanın baldızı, 1957-ci təvəllüdlü Gədəbəy sakini Quliyevə Maniə Saat qızı kəli ayırmaq istəyib. Ancaq kəl buynuzu ilə qadının boyun damarını partladıb və qadın hadisə yerində ölüb.

 

Xəsarət alan Məryəm Paşayeva isə Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılıb.

 

Faktla bağlı araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR