Trampın milyarder müşaviri istefa verdi - KARL AYKAN GETDİ
Milyarder Karl Aykan ABŞ prezidenti Donald Trampın bazar islahatlarının tənzimlənməsi üzrə xüsusi müşaviri postundan istefa verib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumata görə, o, bu addımı şəxsi biznesinin idarəsi və sərmayə qoyuluşlarını daha rahat şəkildə həyata keçirmək məqsədilə atdığını vurğulayıb.
Trampa siyasi müxalif olan demokrat cəbhədə isə bu addım hakimiyyət komandasında ciddi narazılıqların mövcudluğu ilə əlaqələndirilir.
İddia olunur ki, Aykan Donald Trampa dəfələrlə yazılı müraciət edərək, administrasiyada daha yüksək - informasiya və ümumi idarəetmə postuna təyin olunmasını xahiş edib. Bu vəzifəyə isə Neomi Rao gətirilib.
Bundan sonra isə Karl Aykanın prezidentə məktub yazdığı və "partiyadaxili mübahisələrin başlanmasını istəmirəm, bu Sizin administrasiyanıza və xanım Roanın fəaliyyətinə zərbə vura bilər, ən yaxşısı əməkdaşlığımıza son qoyaq", deyərək, istefa verdiyi qeyd edilir.
Xatırladaq ki, Karl Aykan Tramp Ağ Evə yerləşdikdən sonra yüksək post tutan ilk şəxslərdəndir. O, prezident seçkiləri zamanı hazırkı dövlət başçısına böyük dəstək göstərən iş adamlarından biridir.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV