Bakıda hava küləkli olacaq

Avqustun 20-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) APA TV-yə verilən məlumata görə, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə  23-26, gündüz  31-36, Bakıda gecə  23-25, gündüz  33-35 dərəcə isti olacağı gözlənilir.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  25-26,Türkan, Hövsan, Sahil, Şıxda  26-27 dərəcə isti təşkil edəcək.

       

Azərbaycanın rayonlarında hava şəraiti əsasən, yağmursuz keçəcək. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə  20-25, gündüz  32-37, dağlarda gecə 15-20, gündüz  23-28 dərəcə isti olacağı gözlənilir.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR