Suriyanın şimalında yenidən döyüşlər başladı: Azad Suriya Ordusu YPG-ni vurdu

PKK-nın Suriya qolu olan YPG-nin müdafiə istehkamı Azad Suriya Ordusu tərəfindən məhv edilib.

 

APA TV-nin məlumatına görə, son bir aydır Türkiyənin dəstəklədiyi müxalif qruplaşma YPG terrorçularının hücumlarını dəf edir. Ötən gec keçirilən əməliyyatda isə Azad Suriya Ordusu döyüşçüləri YPG-nin nəzarətində olan Afrinə bağlı Tel Rifata gedən yolun üzərində yerləşən istehkamı toplar və raket zərbələri ilə məhv edib. Terrorçuların qalası olan postun vurulması və səhərki görüntüləri PUA-larla qeydə alınıb.

 

Məhv edilən nöqtə Tel Rifata gedən yolun üstündə olmaqla yanaşı, burdan dəfələrlə Azad Suriya Ordusunun mövqeləri atəşə məruz qalıb.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR