İspaniya terrordan sonra: qarşıdurmalar başladı - ÖLKƏ PARÇALANA BİLƏR

İspaniyada terror aktlarının baş verdiyi ərazidə Avropanın islamlaşdırılmasına son qoyulmasının tərəfdarı olan ultrasağçılar və anti-faşistlər arasında toqquşmalar baş verib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, hadisəyə polisin müdaxiləsi vəziyyəti bir qədər də çətinləşdirib.

 

Toqquşmalarda bir neçə nəfər həbs olunub, xəsarət alanlar xəstəxanalara aparılıblar.

 

Yeri gəlmişkən, kataloniyalılar oktyabrda İspaniya tərkibindən çıxmaqla bağlı referendum keçirməyə hazırlaşır. Bu əsnada baş verən toqquşmaların da əsas səbəbi tərəflərin fəaliyyət proqramının açıqlanması və bu faktorun narazılıqları daha da artırmasıdır.

 

Qeyd edək ki, hazırda bölgədə terror təhlükəsinin yüksək olduğu ilə bağlı xəbərdarlıq elan edilib.

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR