ABŞ-da ehtiyatlar azaldı - NEFT 2 DOLLAR BAHALAŞDI
Dünya bazarında xam neftin qiymətlərində ciddi bahalaşma qeydə alınıb.
APA TV-nin məlumatına görə, "Brent" markalı neft gün ərzində iki dollara qədər dəyər qazanıb. Ötən gün səhər saatlarında 51 dollardan satılan bu marka hazırda 52,86 dollardan təklif olunur.
WTİ nefti də kəskin şəkildə bahalaşıb. Qərbi Texas nefti ötən gün 47,07 dollardan satılıb. Hazırda bu markadan olan neft 48,70 dollardan satılır.
Ötən gün dünya neft sektorunda baş verən əsas hadisələr ABŞ-da neft buruqlarının sayının artması və ehtiyatların azalması idi. Buruqların sayının artması qiymətlərə mənfi təsir edir. Bununla belə ehtiyatların bir həftə ərzində 8,9 milyon barel azalması qiymətlərə daha çox təsir edib. Digər tərəfdən həftə sonu satışların dayandırılması qiymətlərin bahalaşmasına təsir göstərə bilər.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV