Zaqatalada dördotaqlı ev külə döndü

Zaqatalada fərdi yaşayış evi yanıb. APA TV-nin məlumatına görə, hadisə rayonun Höytala kəndində Əhməd Məhəmməd oğlu Qabaçova məxsus, ümumi sahəsi 100 kv/m olan birmərtəbəli 4 otaqdan ibarət fərdi yaşayış evində baş verib.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində ev içərisindəki əşyalarla birlikdə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

 

 Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR