Finlandiyada insanlara bıçaqlı hücum: ölənlər və yaralananlar var
Finlandiyanın Turku şəhərində naməlum şəxs yoldan keçənlərə bıçaqla hücum edib. İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 6 adam xəsarət alıb.
Polis əməkdaşları bıçaqlı şəxsə atəş açıblar. Ayağından yaralanan şübhəli saxlanılıb. Cinayətin digər mümkün iştirakçılarının axtarışı davam edir.
Hadisədən sonra Finlandiyanın paytaxtı Helsinkidə hava limanı və vağzallarında, ardınca isə bütün ölkəboyu təhlükəsizlik tədbirləri gücləndirilib.
Finlandiya polisi Turku şəhərindəki hücumu terror aktı kimi qiymətləndirmir. Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.
OXŞAR XƏBƏRLƏR
14:31
268
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
277
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1011
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
949
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1290
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
806