ABŞ və Yaponiya hərbi əməkdaşlığı gücləndirir: PXENYAN VƏ PEKİNƏ QARŞI

ABŞ və Yaponiya hərbi əməkdaşlığı daha da inkişaf etdirmək barədə razılığa gəlib. APA TV-nin "Euronews"a istinadən məlumatına görə, bunu Vaşinqtonda adı çəkilən ölkələrin müdafiə və xarici işlər nazirləri bəyan edərək, razılaşmanın Şimali Koreyanın nüvə təhlükəsi ilə bağlı olduğunu bildiriblər:

"Biz əlaqələri genişləndirməyə, müttəfiqliyi gücləndirməyə qərar verdik. Biz buna məcburuq. Təhlükə isə təkcə Şimali Koreyadan deyil. Biz böyük bir regionda baş verə biləcək təhlükələri nəzərə alıb, bu addımı atırıq" - deyə, ABŞ Dövlət Departamentinin rəhbəri Reks Tillerson açıqlama verib.

Yaponiya tərəfi isə Şərqi Asiya sularında gəmi nəqliyyatının təhlükəsizliyi üçün 500 milyon dollar ayrılacağını bildirib. Bunu adı çəkilən ölkənin xarici işlər naziri Taro Kono vurğulayıb: "Qərara gəldik ki, Pxenyana qarşı təzyiqləri gücləndirək və davam etdirək. Biz Çini də bu istiqamətdə tədbirlər görməyə çağırırıq. Şimali Koreyanın nüvə təhlükəsinə gəldikdə, ABŞ-la müttəfiqliyimizdən məqsəd mövqeyimizi və müdafiəmizi təmin etməkdir".

Xatırladaq ki, avqustun 16-da iki ölkə arasında "Şimal gürzəsi - 2017" irimiqyaslı hərbi təlimlər start verilib.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR