Tovuzda "Niva" yoldan çıxaraq aşdı, iki yaralı var

Tovuzda avtomobil aşıb. APA TV-nin məlumatına görə, hadisə rayonun Tovuz-Qaralar avtomobil yolunun Azaflı kəndi ərazisindən keçən hissəsində baş verib.

 

“Niva” markalı minik avtomobili yolun kənarına aşıb. Qəza zamanı iki Tovuz sakini - 1994-cü il təvəllüdlü Cavid Əliyev və 1995-ci il təvəllüdlü Kəramət Aslanzadə xəsarət alıb. Onlar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətləri orta ağır qiymətləndirilir. 
 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR