Sumqayıtda "mənzillərin qənimi" ələ keçdi

Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları şəhər ərazisində silsilə oğurluqlar etməkdə şübhəli bilinən Ceyhun Fyodorovu həbs ediblər.

 

APA TV-nin məlumatına görə, əməliyyat tədbirləri nəticəsində onun cari ilin aprel-iyul ayları ərzində şəhər ərazisində bir evin qarşısından velosiped və təmir-tikinti alətləri, bir evdən 605 manat pul və qızıl əşyaları, bir evin həyətindən geyim əşyaları, şəhər sakini olan bir nəfərin 10 000 ABŞ dolları, 700 manat və 40 avro pulunu, bir qarajdan qaynaq aparatı, habelə binalardan birinin girişindəki liftin əyləc dodağını və mərasim zallarından birindən samovar oğurladığı müəyyən edilib.

 

Qeyd edilən faktla bağlı Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR