"Nasosnu"da cinayət: bıçaqla xəsarət yetirib pul və mobil telefonlarını aldılar
Sumqayıt sakininə qarşı quldurluq hərəkətləri edən şəxslər saxlanılıb. APA TV-nin məlumatına görə, şəhər sakini Cahid Baxşıyev Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək bildirib ki, avqustun 17-də tanımadığı iki nəfər Hacı Zeynalabdin Tağıyev qəsəbəsində ona hücum edərək bıçaqla xəsarət yetiriblər. Həmin şəxslər Cahid Baxşıyevin 874 manat pul və 2 ədəd mobil telefonunu əlindən alıblar.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar – Anar Yusifov və Mehman Ağaliyev saxlanılıb.
Saxlanılan şəxslər istintaq ilkin ifadələri zamanı qeyd edilən cinayət hadisəsini törətdiklərini etiraf ediblər.
Hər iki şəxsin üzərinə baxış zamanı cinayətdə istifadə etdikləri bıçaqlar aşkar olunaraq maddi sübut kimi götürülüb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV