Qadının çantasını alaraq qaçan şəxs yaxalandı
Avqustun 16-da Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsində naməlum şəxs yolu keçən bir qadının içərisində qızıl-zinət əşyaları, bank kartı və pul olan çantasını alaraq qaçıb. Bu zaman qadın yaxınlıqda xidmət aparan yol polisi əməkdaşlarına yaxınlaşaraq hadisə barədə məlumat verib və onlardan kömək istəyib. Ərazidə xidmət aparan Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları - baş serjantlar Sahib Əkbərov və İsa Hüseynov dərhal reaksiya göstərərək qadının çantasını soyğunçuluq yolu ilə alaraq qaçan şəxsi təqib etməyə başlayıblar. Polis əməkdaşlarının çevikliyi sayəsində cinayəti törədən şəxs hadisə yerindən bir neçə yüz metr kənarda yaxalanaraq ələ keçirdiyi maddi sübutlarla birlikdə Sumqayıt Şəhər Polis İdarəsinə təhvil verilib.
Araşdırma zamanı cinayət törədərək qaçmağa cəhd göstərən şəxsin Bakı şəhər sakini Nizami Ağəliyev olduğu məlum olub və o, ifadəsində törətdiyi cinayəti etiraf edib.
Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV