Gəncə sakini arvadını və qayınanasını qətlə yetirdi - GÖYGÖLDƏ DƏHŞƏTLİ CİNAYƏT
Göygöl rayonunun Yeni Qızılca kəndində dəhşətli qətl hadisəsi törədilib. APA TV-nin məlumatına görə, Gəncə şəhər sakini Zaur Əliyev münaqişə zəminində həyat yoldaşı, 1989-cu il təvəllüdlü Günel Əliyeva ilə qayınanası, 1964-cü il təvəllüdlü Hökumə Əliyevaya bıçaqla çoxsaylı zərbələr endirib. Günel Əliyeva hadisə yerində, anası Hökumə Əliyeva isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Qətli törədən şəxs könüllü olaraq Gəncə şəhər Baş Polis İdarəsinə gələrək istintaqa təslim olub.
Zaur Əliyev öz xalası qızı ilə ailə qurub, onların iki övladı var. Öldürülən Hökumə Əliyeva həm də Zaur Əliyevin onun xalasıdır. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Daxili İşlər Nazirliyi də Göygöldə törədilmiş dəhşətli qətl hadisəsi ilə bağlı məlumat yayıb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV