İlin sonuna kimi Bakıdakı bütün sahibsiz itlər tam zərərsizləşdiriləcək - AÇIQLAMA
Bu ilin sonuna kimi Bakıda bütün sahibsiz itlər tam zərərsizləşdiriləcək. Hazırda bu istiqamətdə işlər görülür. İnsanlar yenə də ətrafda sahibsiz itlərə rast gələ biləcəklər, lakin onlar rəqəmlənmiş, sterilizasiya edilmiş, peyvəndlənmiş və insan həyatı üçün tam təhlükəsiz olacaqlar. Bu açıqlamanı APA-ya Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinin sahə rəisi Ərəstun Əmiraslanov verib.
O bildirib ki, idarə tərəfindən ay ərzində təxminən 700-800 sahibsiz it götürülərək yoxlanılır və bu məsələdə İDEA İctimai Birliyi idarəyə yaxından köməklik edir. Ərəstun ƏImiraslanovun sözlərinə görə, sahibsiz itlərin saxlanması, yoxlanılması üçün xüsusi sığınacaqlar mövcuddur və bu gün həmin sığınacaqlarda 600-700 it var. SİTAT “Sahibsiz itlərlə bağlı idarə, təşkilat, vətəndaşlar telefon və ya yazılı şəkildə idarəyə müraciət edə bilər. Xüsusi ərizə və şikayətlər əsasında ünvanlara gedilir. Hazırda 3 xüsusi təyinatlı maşın və 9 ovçu bu işlə məşğuldur. İtlər xüsusi ləvazimatlar vasitəsilə götürülür, heç bir işgəncə verilmədən - döyülmədən, öldürülmədən xüsusi sahibsiz heyvanlara qarşı mübarizə sahəsində olan əraziyə gətirilir, baytar həkimlər tərəfindən müayinə edilir. Əgər itlərdə insanlar üçün təhlükəli xəstəlik, quduzlaşma aşkar edilərsə, onlar məhv edilərək yandırılır. Sağlam itlər isə tərəfimizdən və heyvansevərlərin gətirdiyi yeməklərlə yemlənir, sulanır və saxlanılır".
Ərəstun Əmiraslanovun sözlərinə görə, sahibsiz itlər yenidən döl artıra bilməsin deyə axtalanır.
Tamaşaçıların nəzərinə çatdırırıq ki, sahibsiz heyvanların, itlərin götürülməsi ilə bağlı 5650926 və 5650927 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV