İŞİD Əsəd qüvvələrinin mühasirəsinə düşdü, qaçanları ruslar bombalayır

Əsəd qüvvələri Həma əyalətində mühasirəyə aldığı İŞİD terrorçularını bombalayır. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, son hücumlar nəticəsində Akerbat şəhəri ətrafında bir neçə strateji yüksəklik də ələ keçirilib.

Bu əməliyyatlar nəticəsində terrorçuların silahla təmin olunmasında rol oynayan mühüm bir marşrut artıq Suriya ordusunun hədəfindədir. Terrorçular mühasirədən çıxaraq Deyr-Əz-Zor şəhəri istiqamətində qaçır. Burada isə onlara Rusiya aviasiyası tərəfindən zərbələr endirilir.

Xatırladaq ki, bundan bir müddət öncə Rusiya Müdafiə Nazirliyi Suriyadakı Əs-Suxnə şəhərinin geri alındığı bildirilib. Suriya ordusu bu əməliyyatda rus aviasiyasından böyük dəstək alıb.



 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR