"Fərat qalxanı" əməliyyatının ikinci mərhələsi başlayır, Türkiyə ordusu İdlibə girir
Türkiyə "Fərat qalxanı" əməliyyatının ikinci mərhələsinə başlamaq üçün son hazırlıqları başa çatdırıb. APA TV-nin məlumatına görə, bu barədə Türkiyə mətbuatı yazır. Əməliyyatın ikinci mərhələsində əsas hədəf İdlibin terrorçulardan təmizlənməsi, Afrin qəsəbəsinin isə PKK/YPG terrorçularından təcrid edilməsi olacaq.
Xatırladaq ki, ABŞ-ın dəstək verdiyi PKK/YPG/PYD terror təşkilatları Rəqqa əməliyyatının ardınca Ən-Nüsra Cəbhəsi ilə mübarizə bəhanəsi ilə İdlibə girməyə hazırlaşır. Bölgədə gərginliyin artması səbəbilə Türkiyə, Rusiya və İran İdlibdə əməliyyatı birgə koordinasiya etmək, terror dəhlizinin kəsilməsi istiqamətində konkret addımlar atmağı razılaşdırıblar. Bu razılaşma İranın müdafiə naziri Məhəmməd Bakiri ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Ankaraya səfəri zamanı əldə olunub.
Plana əsasən, Türkiyə ilk İdlibi terrorçulardan təmizləmək üçün əməliyyata başlayacaq, ikinci mərhələdə isə YPG-nin mühüm mərkəzlərindən Afrinə zərbələr endiriləcək. Bundan başqa "Fərat qalxanı" əməliyyatı çərçivəsində Azez, İdlib, Hələb xəttinin nəzarətə götürülməsi planlaşdırılır. Plan həyata keçərsə, Türkiyə sərhədləri boyunca YPG-nin son məntəqəsi də təmizlənmiş olacaq, Hatay-Reyhanlı sərhəd xətti təhlükəsiz zonaya çevriləcək.
Türkiyə mətbuatı əməliyyatdan sonra yaranacaq hərbi əməliyyatlara bağlı təhlükəsiz bölgənin sərhədlərini də açıqlayıb. Bu bölgəyə İdlib şəhəri, Lazkiyə, Hələb və Hama şəhərlərinin bir hissəsi, Hüms vilayətinin böyük bir qismi, Quta bölgəsi, Dera və Kuneytra vilayətləri daxil ediləcək. YPG-dən təmizləndikdən sonra Afrinin də təhlükəsiz bölgəyə daxil ediləcəyi gözlənilir. Ankara ciddi təhdid törətdiyi təqdirdə Afrinə qoşun yeritməyi də planlaşdırır. Bu plan İran və Rusiya hərbi dairələrinin iştirakı ilə yaxın günlərdə yenidən müzakirə olunacaq.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV