Bu il 5225 müəllim işə qəbul üçün müsahibəyə çağırılacaq - NƏTİCƏLƏR ELAN OLUNDU
Azərbaycan məktəblərinə müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqənin vakansiya seçimi mərhələsinin nəticələri elan olunub.
APA TV-nin məlumatına görə, vakansiya seçiminə müvafiq keçid balını toplayan bütün namizədlər qatılıb. İştirakçılardan 5225 nəfər növbəti mərhələyə keçmək hüququ əldə edib. İmtahanın bu mərhələsinin nəticələri hər bir namizədin şəxsi səhifəsinə göndərilib.
Vakant yeri tutmaq hüququ qazanan namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.
Bu il ilk dəfə olaraq musiqi, fiziki tərbiyə və təsviri incəsənət fənləri üzrə müsahibə mərhələsi vakansiya seçimindən əvvəl həyata keçirilib. Avqustun 18-dən 20-dək namizədlər vakansiya seçimi mərhələsinə buraxılacaq.
Xatırladaq ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir. Namizədlər vakansiya seçimini müsabiqənin test mərhələsindən sonra edə biləcəklər.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV