İŞİD İspaniyanı qana boyadı: silsilə terror aktları - ÖLÜ VƏ YARALI SAYI ÇOXDUR
İspaniyanın Barselona, Alkanar və Kambrils şəhərlərində terror aktları törədilib. APA TV-nin "Euronews"a istinadən məlumatına görə, Kataloniya paytaxtında naməlum şəxsin idarə etdiyi furqon tipli yük avtomobilini kütləyə çırpması nəticəsində 13 nəfər ölüb, onlarla insan yaralıdır.
Ölən və yaralananlar arasında 18 ölkənin vətəndaşı var.
Hadisə Barselonanın mərkəzindəki piyadalar üçün nəzərdə tutulmuş Rambla küçəsində törədilib. Terror aktını törətməkdə şübhəli bilinən 2 şəxs saxlanılıb, daha biri isə atışmada öldürülüb.
Bu hadisədən bir qədər sonra ölkənin digər şəhəri - Alkanarda iki partlayış baş verib.
Birinci partlayış narkotik vasitələrinin istehsalı laboratoriyasında baş verib. Nəticədə bir nəfər ölüb, 7 nəfər yaralanıb.
İkinci partlayış nəticəsində bir neçə nəfər yaralanıb. Onların arasında polis əməkdaşlarının olduğu bildirilir. Bir nəfərin vəziyyəti kritikdir.
Terror aktı ilə bağlı iş üzrə şübhəli şəxslərdən biri məhz Alkanarda həbs edilib.
İspaniyanın Kambrils şəhərində isə terrorçular idarə etdikləri yük maşınını piyadaların üzərinə sürüb. Hücum nəticəsində iki nəfər ağır, beş nəfər isə yüngül xəsarət alıb. Yaralananlar arasında polis əməkdaşının olduğu bildirilir.
Polisin operativ müdaxiləsi nəticəsində 4 terrorçu məhv edilib, daha biri yaralanıb.
Öldürülən terrorçuların üzərindən kamikadzelərin istifadə etdiyi "şəhid kəmər"ləri (kəmərə bərkidilmiş partlayıcı qurğu) aşkarlanıb.
Terror aktlarının bir-biri ilə əlaqəli olduğu istisna edilmir. Törədilən üç terror aktı nəticəsində ümumilikdə 14 nəfər terror aktının qurbanı olub, 119 nəfər xəsarət alıb. Polis beş terrorçunu zərəsizləşdirib, üçünü həbs edib, bir terrorçu isə yaraladır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV