Neftin qiyməti yeni sabitləşməyə başlayıb
Dünən Asiya birjalarında keçirilən ticarət sessiyalarında neftin qiyməti yenidən ucuzlaşıb, investorlar ABŞ-da neft hasilatına cəlb olunan buruqların sayına dair hesabatı gözləyir. APA TV-nin məlumatına görə, son hesabatlar Birləşmiş Ştatlarda hasilat səviyyəsinin son iki il ərzində ən yüksək səviyyəyə çatdığını göstərir. Hazırda ölkədə gündəlik hasilat 9,502 milyon barel səviyyəsinə qalxıb, bu ötən həftə ilə müqayisədə 79 min barel artıqdır. ABŞ-ın kommersiya neft ehtiyatlarının həcmi isə həftə ərzində 8,9 milyon barel azalıb. Bu amillərin təsiri ilə dünən birjalarda neftin qiyməti uzun müddətdən sonra ilk dəfə 50 dollardan aşağı düşüb.
Bu gün isə qiymətlər sabitləşməyə başlayıb, birjalarda "Brent" markalı neftin bir bareli 51 dollardan satılır, Qərbi Texas neftinin bir barelinin qiyməti isə 47,07 dollardır. Birjalarda həftənin son ticarət sessiyaları bu gecə keçiriləcək.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV