Kürdəmirdə yerli istehsal olan gübrələrin sınağı keçirilib

Azərbaycanda istehsal olunan gübrələrin ilk olaraq Kürdəmir rayonunda sınağı keçirilib. APA TV-nın yerli bürosunun məlumatına görə, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası AMEA-nın Neft-Kimya Prosesləri İnstitutu ilə birgə anlaşma memorandum imzalanıb və ölkədə ilk olaraq yüksək keyfiyyətli yerli gübrələr istehsal olunaraq narçılıq təsərrüfatında tətbiq olunub.

Bu münasibətlə keçirilən tədbirdə Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov, assosiasiyanın üzviləri, 10-a yaxın şirkət və fərdi nar təsərrüfatı sahibləri və AMEA-nın Neft-Kimya Prosesləri institutunun direktoru Vaqif Abbasov iştirak edib.

V. Abbasov yeni istehsal olunan gübrələrin tərkibinin kənd təsərrüfatı məhsulların inkişafı üçün daha effektli olacağını bildirib. O, qeyd edib ki, bu gübrələrin digərlərindən üstünlüyü ondan ibarətdir ki, əkin sahələrini şoranlaşdırmır, əlavə ziyan gətirmir və torpaqdan bitkiyə tam mənimsənilir.

Artıq 20 ton bu növ gübrə istehsal edilib. Yeni istehsal ölkədə narçılıqla yanaşı, digər kənd təsərrüfatı sahələrinin inkişafına çox böyük töhfə verə bilər. 
                                                                                                                                             Digər iştirakçılar kənd təsərrüfatında xaricdən idxaldan asılılığı azaldacaq yerli məhsulların istehsalının vacibliyini vurğulayıblar.
                                                                                                                                              Gübrələr ilk olaraq damcılı su sisteminə qatılaraq  nar ağaclarına verilib.  

Müəllif | Apa.Tv
Zahid Abışov

OXŞAR XƏBƏRLƏR