Gündüz İsmayılov: "Radikalizm olan yerdə sabitlikdən söhbət gedə bilməz"

"Harada dini radikalizm varsa, orada inkişafdan, sabitlikdən söhbət gedə bilməz".

 

APA TV-nin məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov "İslam həmrəyliyi: dini radikalizm və ekstremizmə qarşı mübarizə yolu" mövzusundakı konfransda bildirib.

 

Sədr müavini deyib ki, bu cür konfransların təşkilində prioritet dini maarifləndirmə yolu ilə radikalizm, məzhəbçilik, dini ayrı-seçkilik kim amillərə qarşı mübarizə, əhalinin bu yöndə düzgün istiqamətləndirilməsidir: "Dini radikalizm və ekstremizmə qarşı mübarizəni biz üç istiqamətdə görürük: birincisi inzibati müstəvidə, qanunların verdiyi imkanlar çərçivəsində həyata keçirilən inzibati tədbirlərdir. İkinci, iqtisadi tədbirlərdir. Yəni, iqtisadi, məzhəbçilik nöqteyi-nəzərədən çıxış edən dini qrupların iqtisadi imkanlarını məhv etməkdir. Üçüncü blok isə dini maarifçilik işinin həyata keçirilməsidir".

 

Konfransda komitənin Dini Qurumlarla İş Şöbəsinin müdiri Əliheydər Zülfüqarov təqdimatla çıxış edib. "İslam həmrəyliyinin ekstremizm və radikalizmdə rolu" mövzusunda təqdimatda qeyd olunub ki, hazırda dünya əhalisinin 23 faizini müsəlmanlar, planetin quru hissəsinin 19 faizindən çoxunu isə müsəlman dövlətləri təşkil edir. Bundan əlavə dünyadakı neft və qaz ehtiyatlarının 62 faizi müsəlman ölkələrinə aiddir. Məruzəçi hazırda müsəlmanların beynəlxalq ictimaiyyətə radikal terrorçu olaraq təqdim edilməsindən təəssüfləndiyini vurğulayıb.

 

Konfransda Qafqaz Müsəlmanları İdarəsi, habelə ölkədəki dini icmaların təmsilçiləri iştirak edib. 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR