Bayram namazının vaxtı açıqlandı: 4 GÜN TƏTİL OLACAQ

Azərbaycanda Qurban bayramı namazının qılınacağı tarix açıqlanıb.

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, bayram namazı sentyabrın 1-i saat 08:00-da Əjdərbəy məscidində, 09:00-da isə Təzə Pir məscidində qılınacaq.

 

Qeyd edək ki, bu il Qurban bayramı 1 və 2 sentyabr tarixlərində qeyd olunacaq.

 

Qurban bayramı 2 sentyabr şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 4 sentyabr qeyri-iş günü olacaq. Beləliklə, 3 sentyabr da bazar gününə təsadüfi etdiyi üçün Qurban bayramında 4 gün ardıcıl qeyri-iş günü olacaq.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR