Quamdan qırıcılar qalxdı: ABŞ VƏ YAPONİYA ORDUSU BİRGƏ HƏRƏKƏTƏ KEÇDİ

ABŞ və Yaponiya miqyasına görə "Şimal gürzəsi - 17" adı altında nəhəng hərbi təlimlərə başlayıb.

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, təlimlərin qurudakı fazası döyüş atışlarının müşayiəti və 3500 hərbçinin iştirakı ilə Hokkaydo adasında keçirilir. Hava təlimlərinə isə Quam hərbi bazasındakı qırıcılar cəlb olunub.

Bu arada, ABŞ ordusunun yüksək rütbəli zabiti Ceremeya Salome təlimləri şərh edib. O bildirib ki, ABŞ-Yaponiya, eləcə də regiondakı digər müttəfiqlərlə qurulan hərbi ittifaq ilk növbədə Asiya-Sakit okean traektoriyasının təhlükəsizliyi baxımından zəruridir.

Qeyd edək ki, rəsmi Vaşinqton və Tokiodan bir qədər əvvəl verilən açıqlamada bu təlimlərin  Koreya yarımadasındakı vəziyyətin gərginləşməsi ilə əlaqədar olmadığı qeyd olunub.

 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR