Trampın baş strateqi: "ABŞ və Çin hegemonluq uğrunda müharibəyə başlayıb"
"ABŞ və Çin arasında iqtisadi müharibəyə başlayıb". APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu açıqlamanı prezident Donald Trampın baş strateqi Stiven Bennon səsləndirib.
O qeyd edib ki, yaxın 25-30 il müddətində adı çəkilən iki ölkədən biri dünyada hegemon dövlət olacaq: "Biz bu yolda büdrəsək, qarşı tərəfə uduzacağıq. Uduzacağımız təqdirdə isə bir də heç vaxt özümüzü bərpa edə bilməyəcəyik".
O, Şimali Koreya böhranı ilə bağlı vəziyyətə də münasibət bildirib. Qeyd edib ki, Pekin nüvə proqramını məhdudlaşdırılması üçün Pxenyana lazımi səviyyədə təzyiq göstərmir. Bununla yanaşı Bennon bildirib ki, indiki vəziyyətdə Koreya yarımadasında hərbi əməliyyatlara start verilməyəcək, gələcəkdə isə bu istisna deyil.
Xatırladaq ki, bir müddət öncə Donald Tramp administrasiyasından Çinə qarşı ticari sanksiyaların tətbiqi ilə planlarının olduğu barədə açıqlama verilib. Qarşı tərəf isə bu addımın atılacağı təqdirdə cavab tədbirləri görüləcəyini bəyan edib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV