Azərbaycanın bölgələrində leysan gözlənilir - XƏBƏRDARLIQ
Avqustun 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Sinoptiklərin məlumatına görə, səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi 5-10 m/s, gecə və səhər arabir 12-15 m/s olacaq. Havanın temperaturu gecə 22-25 dərəcə isti, gündüz 29-34 dərəcə isti, Bakıda gecə 23-25 dərəcə isti, gündüz 30-32 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 40-45% olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25 dərəcə, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26 dərəcə °,Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti təşkil edəcək.
Azərbaycanın bölgələrində hava əsasən yağmursuz olacaq. Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Havanın temperaturu gecə 16-24 dərəcə isti, gündüz 31-36 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV