Kraldan qətərli zəvvarlara sürpriz jest: PULSUZ HƏCC SƏFƏRİ
Qətərdən olan zəvvarlar bu il həcc ziyarətinə pulsuz daşınacaq. APA TV-nin məlumatına görə, "Sky News Arabia" telekanalında onların bütün xərclərinin kral Salman ben Abdel Əziz əl Səud tərəfindən ödəniləcəyi barədə xəbər verilib.
Bunun üçün krallıq ərazisindən Dohaya xüsusi aviareyslər yerinə yetiriləcək. Zəvvarlar həmin təyyarələrlə Səudiyyə Ərəbistanına gətiriləcək.
Bununla yanaşı qətərli zəvvarlar bütün elektron icazəalmalardan da azad edilib.
Xatırladaq ki, iki ölkə arasında diplomatik münasibətlər iki ay öncə gərginləşib. Səudiyyə Ərəbistanı ilə bərabər, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Bəhreyn Qətərə qarşı sanksiyalar tətbiq edib. Rəsmi Dohanın terror təşkilatları ilə əlaqədə olması, onları maliyyələşdirməsi və İranla münasibətləri genişləndirməsi iddia edilir. Dördlük Qətərə "barışıq şərtləri" təqdim etsə də, qarşı tərəf buna etiraz edib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV