ABŞ İŞİD-in Suriyadakı "paytaxtını" bombaladı - DİNC SAKİNLƏR DƏ ÖLDÜ

ABŞ liderliyində beynəlxalq koalisiya qüvvələri Suriyanın Rəqqa şəhərini bombalayıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, zərbələr nəticəsində 17 dinc sakin ölüb.

Ölənlərin əsasən qadın və uşaqlar olduğu bildirilir.

Bu həftə ərzində ikinci bombardmandır. Bundan bir neçə gün öncəki hava əməliyyatı nəticəsində 40 sakinin öldüyü barədə məlumat yayılıb.

Xatırladaq ki, şəhər Suriyada vətəndaş müharibəsi başlayandan az sonra İŞİD-in əlinə keçib. Terrorçular Rəqqanı özlərinə "paytaxt" elan edib.

Üç ay öncə isə Rəqqaya hücuma keçən və yerli kürdlərdən təşkil edilən "Suriya Demokratik Qüvvələri" komandanlığı artıq şəhərin yarısını ələ keçirdiklərini, İŞİD-in isə dinc sakinlərdən "canlı qalxan" kimi istifadə etdiklərini iddia edib. Kürdlərdən ibarət qruplaşmaya havadan dəstəyi məhz ABŞ aviasiyası verir.


 

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR