Yasdan qayıdanlar qəzaya uğradılar: 2 ölü, 2 yaralı
Lənkərana yasa gedən Bakı sakinləri geri qayıdanda Masallıda ağır yol qəzasına uğrayıblar. Hadisə nəticəsində iki nəfər ölüb, iki nəfər isə ağır yaralanıb.
APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara yolunun Masallı rayonunun Alvadı kəndindən keçən hissəsində qeydə alınıb. Lənkərandan yas mərasimindən qayıdan Bakı şəhər sakini, 52 yaşlı Nazim Həsənov “Toyota Prado” markalı avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yoldan təqribən 30 metr aralıda meşəlik əraziyə düşüb. Nəticədə avtomobildə olan sərnişinlər 49 yaşlı Aidə Həsənova və Afər Əmrahov aldıqları xəsarətdən ölüblər. Avtomobilin sürücüsü və digər sərnişin Zamiq Həsənov isə ağır xəsarətlərlə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Zamiq Həsənovun vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV