“Kopanhagen” UEFA-ya şikayət etdi
Danimarkanın “Kopenhagen” klubu Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”a qarşı Bakıda keçirdiyi və 1:0 hesabı ilə uduzduğu ilk oyunla əlaqədar UEFA-ya şikayət məktubu ünvanlayıb.
APA TV xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. “Kopenhagen” “Qarabağ”ın kapitanı Maksim Medvedevin görüşün 20-ci dəqiqəsində top uğrunda mübarizə zamanı Pyer Benqtssonu qəsdən vurduğunu iddia edir. Dirsək zərbəsi nəticəsində sözügedən futbolçunun almacıq sümüyünün əzildiyi bildirilir. Həmin vaxt italiyalı referi Paolo Talyavento epizoda heç bir reaksiya verməyib. Bu isə “Kopenhagen”in düşərgəsində narazılığa səbəb olub. Onların fikrincə, Medvedevə həmin epizodda birbaşa qırmızı vərəqə göstərilməli idi.
Elə bu üzdən də Danimarka təmsilçisi oyundan sonra UEFA-ya şikayət edib. “Kopenhagen” Medvedevin cəzalandırılmasına və onun avqustun 23-də keçiriləcək cavab görüşünü buraxmasına nail olmaq istəyir.
Avqustun 23-də Danimarka paytaxtında keçiriləcək "Kopenhagen"-"Qarabağ" cavab matçı Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV