Lavrov: "Pxenyana iqtisadi təzyiq imkanları tükənib"
"BMT Şimali Koreyanın iqtisadi cəhətdən məhvi prosesini dayandırmalı, yaranmış böhranı diplomatik yolla həll etməlidir. Çünki ölkəyə iqtisadi təzyiq imkanları sadəcə olaraq tükənib".
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu fikirlər Rusiyanın xarici işlər naziri Sergey Lavrova məxsusdur. O, həmçinin Şimali Koreyaya sanksiyalar tətbiqinin rəsmi Moskva tərəfindən dəstəklənmədiyini vurğulayıb.
"Biz Şimali Koreryanı faciəvi humanitar böhran qarşısında qoya biləcək hər hansı bir addımı dəstəkləyə bilmərik" - deyə, baş diplomat fikirlərinə davam edib. Nazir həmçinin indiki halda Rusiya və Çinin təklif etdiyi nizamlama variantının, yəni Pxenyanın raket sınağına moratorium tətbiqi müqabilində ABŞ və Cənubi Koreyanın birgə təlimlərdən imtinasının optimal həll yolu olduğunu deyib.
Qeyd edək ki, Şimali Koreyanın raket sınaqlarına cavab olaraq BMT avqustun 5-də ölkəyə qarşı yeni sanksiyalar tətbiq edib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV