Bulvarda sudan meyit çıxarıldı - EKSKLÜZİV

"Bu gün təxminən saat 14:50 radələrində Xəzər dənizinin Dənizkənarı Bulvar hissəsində yerləşən ərazisində 55-57 yaşlarında meyit aşkarlanıb. Meyitin şəxsiyyəti hələlik məlum deyil".

 

APA TV-nin məlumatına görə, ilkin versiyaya görə intihar etdiyi güman olunan  qadınıın meyiti Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sahilə çıxarılıb: "Üçə on dəqiqə qalmış məlumat verdilər ki, bir qadın özünü dənizə atıb. Təcili olaraq hadisə yerinə gəldik. Biz gələnədək o hələ suyun üzündə idi. Gümanıma gəlir ki, yuxarıda qorxudan dili qatlanıb, ona görə də canını tapşırıb elə suyun üzündə".

 

Hadisə yerinə dərhal Səbail Rayon Prokurorluğu və Polis İdarəsinin əməkdaşları cəlb olunub. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR