Mikroavtobusa pomidor yükləyib yola çıxdı, "KamAZ"la toqquşdu - UCARDA

Ucarda yol qəzası baş verib. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax əsas magistral yolunun 220-ci kilometrliyində, Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.


Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü İbrahimli Röyal Bəylər oğlunun idarə etdiyi  "Ford" markalı pomidor yüklü sərnişin mikroavtobusu qarşıda hərəkətdə olan Ağdam rayon sakini, 1972-ci il təvəllüdlü Bəxtiyar Sabir oğlu Cəfərovun idarə etdiyi "KamAZ" markalı yük maşınına çırpılıb.

Nəticədə mikroavtobusun sürücüsü R. İbrahimli və sürücünün həmyerlisi olan sərnişin - 1990-cı il təvəllüdlü İslamzadə Zahid Şamil oğlu  müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə  yerləşdiriliblər.

Faktla Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır. 

 


 

Müəllif | Apa.Tv
Zahid Abışov

OXŞAR XƏBƏRLƏR