50 illik müharibə bitdi - BU ÖLKƏDƏ
"53 illik silahlı üsyan artıq tarixə qovuşdu". APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, bu sözləri Kolumbiya prezidenti Xuan Manuel Santos bildirib.
O qeyd edib ki, ölkədə bu illər ərzində davam edən marksist üsyançıların - FARK qruplaşmasının fəaliyyəti başa çatıb. BMT sülhməramlılarının iştirakı ilə onlar son partiya iki konteyner silahlarını təhvil verib: "Biz tarixi bir hadisəyə şahidlik edirik. Yarım əsr davam edən münaqişə bitdi. Silahların təhvil verilməsi FARK-ın fəaliyyətinə son verilməsi deməkdir".
Xatırladaq ki, bu günə qədər qruplaşma beynəlxalq müşahidəçilərin nəzarəti altında 8 min adda silah, yarım milyon patron təhvil verib.
FARK-ın lideri İvan Markes isə bəyan edib ki, müşahidəçilər indi keçmiş üsyançıların siyasətə, ölkədə gedən iqtisadi və sosial sahədə proseslərə necə uyğunlaşmalarına nəzarət etməlidir.
Qeyd edək ki, bu illər ərzində hökumət qüvvələri ilə üsyançılar arasında baş verən münaqişələrdə 220 min insan həyatını itirib. Sülh razılaşması isə 2016-cı ildə imzalanıb. Bundan sonra Kolumbiya prezidenti Nobel sülh mükafatına layiq görülüb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV